Ən çox soruşulan suallar

Sosial həssas əhali qruplarına aid olan şəxslər üçün müxtəlif proqramların həyata keçirilməsinə baxmayaraq, bəzi vaxtlarda səmərəsiz olur və həssas qrupların ehtiyac və spesifik məsəlləri nəzərə alınmır.

Nəticədə, bir çox sosial həssas əhali qruplarına aid olan şəxslər sadəcə olaraq iş axtarmaqdan imtina edir, dövlət qurumlarından peşəkar yardım almaq ümidini itirir və maddi ehtiyaclarının ödənilməsində çətinlik çəkirlər.

Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün bir sıra maarifləndirici tədbirlərin həyata keçirməsi zəruridir. Bu bölmədə hüquqşünasımız tərəfindən sosial həssas əhali qruplarına aid olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində aktual suallar və müvafiq cavablar hazırlanaraq yerləşdirilmişdir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota necə müəyyən edilir?
  • "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydasını müəyyən edir
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213nömrəli “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi” qərarı ilə
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına kimlər aid edilirlər?
  • 20 yaşadək gənclər;
  • yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər;
  • 18 yaşınadək əlilliyi müəyyən edilmişuşaqları tərbiyə edən valideynlər;
  • pensiya yaşına 2 ildən az qalmış şəxslər;
  • əlilliyi olan şəxslər
  • cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar;
  • məcburi köçkünlər;
  • müharibə veteranları;
  • şəhid ailəsinin üzvləri
Kvota hansı müəsisələrə şamil edilir?
  • Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda (bundan sonra - müəssisə) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir.
  • Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərinişləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
  • Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
  • işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur;
  • işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla);
  • işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla).
Kvota şamil edilməyən müəssisələr hansılardır?
  • Dövlət orqanları;
  • Mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • Elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
  • İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr;
  • Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.
Kvota barədə məlumat hansı dövlət qurumunda olur?

İşəgötürənlər hər ilin 1 iyul tarixinə olan məlumata əsasən müəssisədəki iş yerlərinin sayı, işçilərin orta siyahı sayı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına (bundan sonra - şəhər, rayon məşğulluq mərkəzləri) avqust ayının 1-dək rəsmi məlumat verməlidirlər

Kvota ilə işçilər necə işə qəbul edilir?

Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi şəhər, rayon məşğulluq mərkəzlərinin və ya “DOST” mərkəzləriningöndərişi ilə həyata keçirilir. İşəgötürən 5 gün müddətində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işə qəbul edilməsi haqqında qərar qəbul edib, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təsdiq olunmuş formada "Göndəriş"in ikinci hissəsində müvafiq qeydlər apararaq şəhər, rayon Məşğulluq Mərkəzinə və ya “DOST” mərkəzinə təqdim edir.

İşəgötürən kvotaya əməl etməzsə nə baş verər?

Şəhər, rayon məşğulluq mərkəzləri və ya “DOST” mərkəzləritərəfindən göndəriş verilmiş əlilliyi olan şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb olunurlar.

Qanunvericiliklə nəzərdə tutulmuş inzibati cərimələr işəgötürən vəzifəli şəxsin (rəhbərin) əməkhaqqından və ya digər gəlirlərindən tutulur.

Şəhid ailəsi üzvlərinin özünü məşğulluğu necə təmin edilir?
  • Şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
  • Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracət etməlidir.
  • Haqqı ödənilən ictimai işlər: Şəhid ailəsi üzvlərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
  • Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
  • Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Şəhid ailəsi üzvlərinin sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
  • Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
  • Kvotadan əlavə iş yerlərinin yaradılması: Şəhid ailəsi üzvlərinin müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi;
  • Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
  • Sosial müəssisələrin və əlavə iş yerlərinin yaradılması, məqsədli proqramların icrası: Şəhid ailəsi üzvləri də daxil olmaqla həssas kateqoriyalardan olan şəxsləri əhatə edəcək xüsusi layihələrin həyata keçirilməsi;
  • Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada "Əmək Münasibətləri və Məşğulluq Altsistemi"nə (ƏMAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müracitə etməlidir.
  • Əlavə- Şəhid ailəsi üzvləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər nəzərdə tutulub.

QEYD: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, hərbi və mülki şəhidlərin ailələrinin hüquqları bərabərdir.