Layihənin hədəf qrupu
Müasir Azərbaycanda həllini tələb edən ən mühüm problemlərdən biri də əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, məcburi köçkünlərin, müharibə veteranlarının və uşaq müəssisələrini tərk edən məzunların) məşğulluğu problemidir.
Azərbaycanda sosial həssas əhali qruplarına aid olan şəxslərin xüsusilə, əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı ciddi problemləri var.
Layihənin məqsədi
Azərbaycanda müxtəlif donor təşkilatlar tərəfindən maliyyələşdirilən bir çox proqramlar var ki, onların məqsədi bu qruplara aid olan şəxslərə iş tapmaqda və ya onları öz bizneslərini qurmaqda kömək edəcək bacarıqlarla təmin etməkdir. Amma əfsuslar olsun ki, bu proqramları bitirdikdən sonra iştirakçılar, adətən, iş tapmaqda və ya öz əl işlərini satmaq üçün müştəri tapmaqda problem yaşayırlar.
Layihənin məqsədi Azərbaycanın bütün bölgələrində əhalinin həssas qruplarına onlayn platformada özləri haqqında bütün lazımi məlumatlarla profillərini açmaq imkanı verməklə onların iş imkanlarını genişləndirməkdir.
Müxtəlif həssas qrupların nümayəndələri əl istehsalı olan məhsullarını satmaqla, biznes xidmətləri təklif etməklə və iş tapmaqla bu onlayn platformadan faydalanacaqlar. Bu, onların maddi vəziyyətini yaxşılaşdırmağa, və özlərinə inam hissini artırmağa kömək edəcəkdir.
Dəstəkolaq.az onlayn platformanın faydası
Əhalinin sosial həssas qruplarına aid olan şəxslər iş tapmaqda bir sıra çətinliklərlə qarşılaşırlar. Təəssüf ki, çox vaxt işəgötürənlər onları bəzi sosial və psixoloji stereotiplərə görə işə qəbul etməkdən imtina edirlər.
İş tapmaq, məhsul və ya xidmət satmaqla dəstəkolaq.az platformasının iştirakçıları öz maddi vəziyyətlərini yaxşılaşdıracaq və nəticədə bu, onların özünə inamının artmasına və cəmiyyətə sosial inteqrasiyalarının sürətlənməsinə səbəb olacaqdır.
Destekolaq.az istifadəçilər üçün rahat platforma olacaq. Onlar öz profillərini aça, şəkil və özləri haqqında məlumatı yükləyə biləcəklər.
Dəstəkolaq.az platforması əhalinin sosial həssas qruplarına aid olan şəxslərin öz profillərini yarada, bacarıq və təcrübələrini reklam edə biləcəyi aktiv onlayn platformaya malik olacaqdır. Bir çox işəgötürənlər öz məşğulluq siyasətlərini yenidən nəzərdən keçirəcək və sosial həssas qruplarından olan insanların işə götürülməsi üzrə daxili təcrübələrə təşviq edəcəklər.
Bu onlayn platforma, həmçinin sahibkarlıq bacarıqlarına malik olan əhalinin sosial həssas qruplarına aid olan şəxslərə öz xidmətlərini təbliğ etmək və öz əlləri ilə istehsal etdikləri məhsulları satmaq imkanı yaradacaq ki, bu da nəticədə onların iqtisadi şəraitinin yaxşılaşdırılmasına kömək edəcəkdir.
Dəstəkolaq.az veb-səhifəsi iqtisadi inkişafa və ölkənin bütün bölgələrində əhalinin sosial həssas qruplarına aid olan şəxslər üçün bərabər və inklüziv məşğulluq imkanlarının yaradılmasına əsaslanan 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının uğurla həyata keçirilməsinə töhfə verə bilər.
Layihənin ideyalarından biri də əlilliyi olan insanların məşğulluğu məsələsi ilə bağlı digər insanların münasibət və təcrübələrini dəyişdirmək, onların iqtisadi, sosial, mədəni, şəxsi və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş siyasi hüquqlarının həyata keçirilməsini təmin etməkdir.
Uyğun namizədi, xidmətləri və istehsal olunan məhsulu necə tapmaq və əlaqə saxlamaq olar?
Işəgötürənlər, potensial müştərilər və digər insanlar veb-səhifədə quraşdırılmış axtarış sistemi vasitəsilə uyğun namizəd, xidmət və əl istehsalı məhsulları axtara bilərlər.
Onlayn platforma istifadəçilərin telefon sistemləri ilə inteqrasiyaya malik olacaq, beləliklə, potensial işəgötürən və ya müştəri, namizəd və ya məhsulla maraqlanarsa, o, onlayn platforma istifadəçisi ilə birbaşa əlaqə saxlaya biləcəkdir.
Potensial işəgötürənlər və alıcılar veb-səhifədə əhalinin sosial həssas qruplarına aid olan şəxslərin profillərini nəzərdən keçirə və birbaşa onlarla əlaqə saxlaya biləcəklər.