Seymur Eliyev

Seymur Əliyev

Mən Seymur Aqil oğlu Əliyev 2016-cı ildə Peşə Reabilitasiya Mərkəzinin Rəssamlıq peşəsi kursuna daxil olmuşam 2017-ci ildə bitirmişəm və Şəhadətnamə ilə təltif olunmuşam. Həmin mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində fəal iştirak etmişəm. 2016-cı ildə keçirilən "Şərq Nağılı" əlilliyi olan gənclərin Beynəlxalq yaradıcılıq Festivalında fəal iştirak etdiyim üçün diplom ilə təltif olunmuşam. 2016-cı ildə Türkiyə Respublikası Baş nazirlik Türk Əmakdaşlıq va Koordinasiya Agentliyi (TIKA) va Azarbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi tərəfindən birgə təşkil etdiyi "Əbru" kurslarında fəal iştirak etdiyim üçün Sertifikat ilə təltif olunmuşam. 2017-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyi və 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin birgə "Bizi duyun" layihəsi çərçivəsində "Duyğularımın rəngi"adlı sərgidə fəal iştirakıma görə Təşəkkürnamə ilə təltif olunmuşam. 2017-ci ildə "3 dekabr - Beynəlxalq əlillər günü" münasibəti ilə 1 saylı sağlamlıq imkanlari məhdud gənclərin peşə reabilitasiya mərkəzində keçirilən tədbirdə Musiqi və poeziya nominasiyasında fəal iştirakıma görə Fəxri Fərman ilə təltif olunmuşam. 2017-ci ildə "1 iyul-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" -nə həsr olunmuş "Vergi uşaqların gözü ilə" yaradıcılıq müsabiqəsində "Rəsm" nominasiyası üzrə 2-ci yeri tutaraq Diplom ilə təltif olunmuşam. 2017-ci ildə Ankarada Avropa könüllüsü kimi gənclərin beynəlxalq mübadilə proqramında yaxından iştirak edərək digər ölkələrdən gələn fiziki sağlamlıqları məhdud olan gənclərə rəssamlıq peşəsini tədris etmişəm,və Avropa könüllüsü müsabiqəsində sertifikatı ilə təltif olunmuşam. 2018-ci ildə Antalyada Avropa könüllüsü kimi gənclərin beynəlxalq mübadilə proqramında yaxından iştirak edərək digər ölkələrdən gələn fiziki sağlamlıqları məhdud olan gənclərə rəssamlıq peşəsini tədris etmişəm, və Avropa könüllüsü sertifikatı ilə təltif olunmuşam, həmin müddətdə keçirilən konsertlərdə solist kimi iştirak etmişəm. 2019-cu ildə Qərpi Kaspi Universiteti(orta ixtisas təhsili pilləsi) Turizim və onun təşkili ixtisasına daxil olmuşam. 2021-ci ildə bitirmişəm. 2019-cu ildə Əlilliyi olan şəxslərin 8-ci Ümumrespublika yaradıcılıq baxış müsabiqəsində fəal iştirak etdiyim üçün Təşəkkürnamə ilə təltif olunmuşam. 2020-ci ildə Azərbaycan Respublikası Əməmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və MTV Azərbaycan ilə birgə "Bərabərik" lahiyəsində Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov ilə duet oxumuşam. 2021-ci ildə "Dost İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzin də" vokal musiqisi üzrə benefisiar kimi fəaliyyət göstərməyə başladım. 2022-ci ildə "Dost İnklüziv İnkişaf və Yaradıcılığ mərkəzin də" Kargüzar vəzifəsində işləməyə başladım. 2022-ci ildə Səs Azərbaycan "Doğma nəğmələr" yarımasına qatılmışam.
Telefon:
Təmsil etdiyi sosial həssas qrup:
Əlilliyi olan şəxs
Təhsil:
Ümumi təhsil (ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil)
İş təcrübəsi:
1-3 il
Fəaliyyət sahəsi:
Vokal müəllimi,təşkilatçı,turizm
Təmsil etdiyi region:
Bakı
Cinsi:
Kişi
Yaş aralığı
15-25