Əməkdaşlıq
Məlumat üçün bildiririk ki,“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” ictimai birliyi-19.04.2022-ci il tarixdə,1122-Q79-4033 nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası ərazisində “Ailələrə Sosial Dəstək” Modeli Xidməti çərçivəsində insanların həyat şəraitini və rifahını yüksəltmək və sosial problemlərinin həll edilməsinə dəstək olmaq kimi xidmətləri vardır. Təşkilatımız 2022-ci ildən etibarən yüksək risk qrupuna aid olan əhali qrupları arasında profilaktik tədbirlər və maarifləndirmə xidməti həyata keçirir. Əməkdaşlığımızın əsas məqsədi Azərbaycan Respublikası Qanununları qadağa olunmayan, bu sahədə çalışan digər yerli qeyri-hökumət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, Təşkilatın Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən,cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.Çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlər kimi xidmət göstərilir. Çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və insanlara daha yaxşı xidmət göstərilməsi üçün əməkdaşlıq və Məişət zorakılığından zərər çəkmiş və digər kateqoriyadan olan şəxslərə yardım göstərilməsi üçün “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” ictimai birliyinin “Ailələrə Sosial Dəstək”Modeli” xidməti çərçivəsində yaradılmışdır. Azərbaycan Respublikasının aidiyyatı dövlət qurumları və bələdiyyə orqanları ilə iş: Sosial problemlərin həllinə dair əməkdaşlıq-tədbirləri təşkil və təbliğ edir. Hazırda, iki il ərzində küçələrdə aşkarlanan 701 ehtimal olunan riskli qruplara məlumatlandırma və sosial xidməti göstərilib. Birlik məqsədlərinə çatmaq Sosial rifahı aşağı olanlar üçün reablitasiya və reintegrasiyası xidmətlərinin təmin edilməsi üçün aşağıda qeyd olunan vəzifələri həyata keçirir: 1. Sosioloji, Psixoloji, Hüquqi, Tədqiqat işi aparmaq: Sosial sorğuların keçirilməsi, sosial rifahı aşağı olan şəxslərin müəyyən edilməsi, problemlərinin həll edilməsinə dair aztəminatlı insanların həyat şəraitinin yaxşılaşdırılmasına dair gündəlik xidmətlər göstərmək; 2. Sağlamlıq xidməti : Xəstəliklərdən əziyyət çəkən şəxslərin müayinə və müalicəsinə dəstək olmaq; 3. Hüquqi xidməti : Seminarlar, Təlimlər, Fərdi görüşlər və hüquqi xidmətlərin təşkil edilməsi, 4. Psixoloji xidməti: Müxtəlif kurslar və seminarlar, konfranslar təşkil etmək; 5. Məşğulluq xidməti: Ailə-məişət qurbanı olan qadınların özünə məşğulluğa,insan alverinin qurbanların peşə bacarıqlarının artırılması, xəstəlik, əlillik və ya özünə məşğulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmamasna görə imtiyazlı ailələrə yeni iş yerlərinin tapılması, məşğulluq problemlərinin həlli istiqamətində layihələr və əlavə xidmətlər həyata keçirmək üçün bütün bacarıqlarının artırılması; 6. Sosial islahatlar: Maarifləndirmə, elmi araşdırmalar, tədqiqatlar və sorğular aparmaq, xeyriyyə konsertləri, digər mədəni-kütləvi tədbirlər, “dəyirmi masa” və görüşlər, sərgilərin təşkili üzrə beynəlxalq təcrübəni öyrənmək; 7. Sağlamlıq imkanı məhdud olanlar : Uşaqların sağlamlıq imkanlarının məhdud olmasına görə sosial ehtiyaclarının qiymətləndirilməsi; 8. Yetkinlik yaşına çatmamış uşaqlarda vətənpərvərlik hisslərini inkişaf etdirmək: Gəzintilər, təlimlər və asudə vaxtlarının səmərəli təşkili; 9. Peşə, təhsil, səhiyyə və sosial Xidmət: Sosial xidmətlərin göstərilməsi, Kompüter, dil, biliklərini artıran və hazırlıq kursları və Qarabağ müharibəsi, şəhid ailələri və əlillərinin övladları üçün təmənnasız xidmətlərin təşkili; 10. Xüsüsi qayğıya ehtiyacı olan şəxslərə xidmət: Valideyn himayəsindən məhrum olan, şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə işgüzarlıq fəaliyyətinin gücləndirilməsi və ya sosial təhlükəli vəziyyətdə olmasına görə reabilitasiya və reinteqrasiya prosesinə cəlb edilməsi; 11. Baxımsız, valideyn himayəsindən məhrum olmuş, küçə həyatı keçirən vətəndaşların ölkə ərazisində aşkarlanması: Müraciət daxil olduğu gündən sonra 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi, ehtiyacı olan şəxsə sosial xidmətin göstərilməsi təşkilatın monitorinq mütəxəssisinin mütəmadi müşahidə qeydləri apararaq hesabatlılıq yaratmaq. 12. Yerli qurumlarla əməkdaşlıq: Sosial problemlərin həllinə birgə nail olmaq üçün ölkə üzrə icra hakimiyyətləri ilə sıx əməkdaşlıq etmək. 13. Maddi yardım: Kirayə evlərdə yaşayan çoxuşaqlı ailələrə, maddi vəziyyəti aşağı olanlara, hər iki valideynlərini itirən və ya valideyn himayəsindən məhrum şəxslərin sosial problemlərinin həllinə dəstək iqtisadi imkanları gücləndirilməsini, ehtiyaclarına dəstək olmaq; 14. “Günərzi Qayğı” Xidməti: Ümumi təlimlər, peşə, təhsil, kompüter və seminarların təşkili (könüllü), İmtiyazlı ailələrin reabilitasiya və reinteqrasiya prosesinə cəlb edilməsi, məişət zorakılığı, insan alveri qurbanı və potensial qurbanların ehtiyaclarının qiymətləndirilməsi, məişət zorakılığından zərər çəkən, yaşayış yeri olmayanlara dəstək göstərilməsi və dövlət və digər qurumlarla əməkdaşlıq etmək səlahiyyətləri vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yüksək səviyyədə köməklik göstərilməsini Sizdən xahiş edirik. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk ! “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” ictimai birliyi