“AİLƏ VƏ UŞAQLARIN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK” İCTİMAİ BİRLİYİNƏ DƏSTƏK OLMAQ İSTƏYƏN KÖNÜLLÜLƏRİN NƏZƏRİNƏ !
“Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” ictimai birliyinin, Bakı şəhəri, Yasamal rayonunda ofsimizə könüllü olmağı dəvət edirik. Bizə qoşularaq,təklif etdiyimiz imkanlardan və təcrübədən yararlana bilərsiniz. Aşağıdakı meyarlar üzrə könüllü üzv ola bilər: 1. Könüllü olaraq,hüquqi,psixoloji, pedoqoji və sosial xidmət sahəsin işləmək istəyi olan; 2. Könüllü olaraq,təlimçi bacarığı göstərmək istəyi olan; 3. Könüllü olaraq,Layihə yazmaq bacarığı olan, 4. Könüllü olaraq,Psixoloji məsləhət vermək bacarığı olan, 5. Könüllü olaraq,İlk yardım kursları keçmək bacarığı olannlar müraciət edə bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, insanlara daha yaxşı xidmət göstərilməsi üçün əməkdaşlıq və Məişət zorakılığından zərər çəkmiş şəxslərə və digər kateqoriyadan olan şəxslərə yardım göstərilməsi üçün “Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək” ictimai birliyinə dəstək olmağınızı Sizdən xahiş edirik. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk !